...

"Boko Haram"ın başçısı Əbdülmalik həbs edildi

Dünya xəbərləri Materials 22 Dekabr 2018 10:02 (UTC +04:00)
Nigeriya polisi "Boko Haram" radikal qruplaşmasının axtarışda olan başçısı Umar Əbdülmaliki həbs edib.
"Boko Haram"ın başçısı Əbdülmalik həbs edildi

Bakı. Trend:

Nigeriya polisi "Boko Haram" radikal qruplaşmasının axtarışda olan başçısı Umar Əbdülmaliki həbs edib.

Trend-in məlumatına görə, 2015-ci ildə paytaxtda tərdilmiş terror aktının təşkilində ittiham olunan terrorçi polis və xüsusi kəşfiyyat qrupunun birgə keçirdiyi əməliyyat çərçivəsində saxlanılıb.

U.Əbdülmalikin bankları soyduğu, qatil, partlayıcı qurğular üzrə mütəxəssis olduğu bildirilir.

Qeyd edək ki, 2015-ci ildə Abuca yaxınlığında törədilmiş terror aktlarında 15 nəfər ölmüş, 41 nəfər yaralanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti