...

İndoneziyada sunami nəticəsində ölənlərin sayı 281-ə çatıb

Dünya xəbərləri Materials 24 Dekabr 2018 08:23 (UTC +04:00)
İndoneziyada sunami nəticəsində ölənlərin sayı 281 nəfərə çatıb
İndoneziyada sunami nəticəsində ölənlərin sayı 281-ə çatıb

Bakı. Trend:

İndoneziyada sunami nəticəsində ölənlərin sayı 281 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə Təbii Fəlakətlərin Qarşısının Alınması üzrə Milli Agentliyin rəsmi nümayəndəsi Sutopo Nuqhoro bildirib.

S.Nuqhoro deyib: "Sumatra və Yava adalarında yerləşən rayonlardan alınan son məlumatlara əsasən, 281 nəfər həlak olub, təxminən mindən artıq insan xəsarət alıb, 57 isə itkin düşüb".

Bundan əlavə, 4,4 mindən artıq yerli sakin öz evini tərk etmək məvburiyyətində qalıb.

Rəsmi nümayəndə əlavə edib ki, sunami nəticəsində həmçinin 520-dən artıq ev tamamilə dağılıb.

Xəbər lenti

Xəbər lenti