Bakı. Trend:
Yaponiya sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.
Trend-in ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təklanların episentri Katsuura şəhərindən (Tiba prefekturası) 185 kilometr cənub-şərqdə, ocağı isə 18 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi yoxdur.