Bakı. Trend:
"Mitsubishi" şirkəti Rusiyada 4,95 min avtomobili geri çağırıb.
Trend-in məlumatına görə, bu qərar avtomobillərin akkumulyator naqilinin qızması ilə bağlıdır.
Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2018-ci ilin martından avqustunadək satılmış "Outlander" modellərinə şamil olunur.
Bildirilir ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.