Bakı. Trend:
Çinin şərqindəki Futszyan əyalətində kömür mədənində qəza baş verib.
Trend-in məlumatına görə, hadisə nəticəsində 5 mədənçi həlak olub.
Bildirilir ki, qəza zamanı mədəndə 9 nəfər olub. Onlardan 1 nəfər xəsarət alıb, 2 nəfər zərər çəkmədən xilas edilib. Daha 1 nəfərin axtarışları aparılır.
Qeyd olunur ki, müəssisənin direktoru saxlanılıb. Hadisənin səbəbləri ilə bağlı araşdırma başlayıb.