Bakı. Trend:
Cənubi Koreyada marketlərdə və satış yerlərində polietilen paketlərdən istifadə qadağan olunacaq.
Trend-in məlumatına görə, məhdudiyyət yanvarın 1-dən qüvvəyə minəcək və 11 minə yaxın supermarketi əhatə edəcək.
Bundan sonra alıcılara kağız və ya parçadan olan paketlər təklif ediləcək. Plastik qablaşdırılma yalnız ət və balıq məhsulları üçün istifadə edilə biləcək.
Yeni qanunun pozulmasına görə marketlər 3 milyon von (təxminən 2,6 min dollar) cərimə ediləcək.
Qeyd edilir ki, gələcəkdə məhdudiyyət camaşırxana və quru təmizləmələrədə tətbiq ediləcək.