...

Parisdə polislər etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə ediblər

Dünya xəbərləri Materials 5 Yanvar 2019 19:15 (UTC +04:00)
Fransa polisi Parisdə "sarı jiletlər"in keçirdiyi etiraz aksiyasının iştirakcılarına qarşı gözyaşardıcı qazdan istifadə ediblər
Parisdə polislər etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə ediblər

Bakı. Trend:

Fransa polisi Parisdə "sarı jiletlər"in keçirdiyi etiraz aksiyasının iştirakcılarına qarşı gözyaşardıcı qazdan istifadə ediblər.

Trend-in məlumatına görə, insident Sena çayının sahilində baş verib. Parisdə etiraz aksiyalarında azı 3,5 min insan iştirak edir.

Bildirilir ki, polislərin etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə etməsinə səbəb aksiya iştirakçılarının hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş və butulka atmaları olub.

Bundan əlavə, hüquq-mühafizə orqanlarının əməkdaşları Bove şəhərində etirazçılar tərəfindən edilən provokasiyarldan sonra aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə ediblər. Bu şəhərdə etiraz aksiyalarında 600-ə yaxın insan iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti