...

Rusiyada yük qatarı relsdən çıxıb

Dünya xəbərləri Materials 12 Yanvar 2019 07:20 (UTC +04:00)
Rusiyanın İrkutsk vilayətində kömür dolu yük qatarı relsdən çıxıb.
Rusiyada yük qatarı relsdən çıxıb

Bakı. Trend:

Rusiyanın İrkutsk vilayətində kömür dolu yük qatarı relsdən çıxıb.

Trend-in məlumatına görə, ölən və xəsarət alan yoxdur. Hadisənin yerli vaxtla saat 09:20-də baş verdiyini bildirilir.

Yük qatarında 67 vaqon olub. Hadisə yerinə iki bərpaedici qatar və mütəxəssislər göndərilib. Bundan əlavə, hadisə yerinə Rusiya FHN-dən və yanğınsöndürən-xilasedici qarnizonundan operativ qruplar cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti