...

Türkiyədən Trampa cavab: Biz heç bir təhdiddən qorxmuruq

Dünya xəbərləri Materials 14 Yanvar 2019 15:31 (UTC +04:00)
ABŞ Prezidenti Donald Trampın açıqlamaları strateji tərəfdaşlığa uyğun deyil
Türkiyədən Trampa cavab: Biz heç bir təhdiddən qorxmuruq

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın açıqlamaları strateji tərəfdaşlığa uyğun deyil.

Trend-in məlumatına görə, bunu D.Trampın açıqlamalarına cavab olaraq Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, strateji tərəfdaşlıq məsələləri sosial şəbəkələrdə müzakirə olunmur:

"Biz görürük ki, Trampa Suriyadan qoşunların çıxarılmaması ilə bağlı təzyiqlər olunur və o, çətin vəziyyətdədir. Bununla belə, bu məsələlər sosial şəbəkələrdə müzakirə olunmamalıdır".

M.Çavuşoğlu əlavə edib ki, Türkiyə heç bir təhdiddən qorxmur:

"Biz ac, susuz da qalsaq, lazım olan addımları atacağıq. ABŞ və digər ölkələr Türkiyəyə hörmətlə yanaşmalıdır".

Qeyd edək ki, D.Tramp öz "Twitter" səhifəsində Türkiyənin Suriya kürdlərinə zərbə endirəcəyi təqdirdə bu ölkənin iqtisadiyyatını çökdürəcəyini bəyan etmişdi. Eyni zamanda o, kürdləri Türkiyəni təxribata sürükləməməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti