...

Almaniyada aviareyslər durdu - Tətil var

Dünya xəbərləri Materials 4 Fevral 2019 13:09 (UTC +04:00)
Almaniyanın Hamburq hava limanında işçilərin tətili ilə əlaqədar 58 reys təxirə salınıb
Almaniyada aviareyslər durdu - Tətil var

Bakı. Trend:

Almaniyanın Hamburq hava limanında işçilərin tətili ilə əlaqədar 58 reys təxirə salınıb.

Trend-in məlumatına görə, aeroportun yerüstü xidmət əməkdaşları 24 saatlıq tətil keçirir.

Tətil nəticəsində 388 planlaşdırılmış reysin 58-i təxirə salınıb. Gün ərzində bu cür reyslərin artacağı istisna olunmur.

Əməkdaşlar əmək haqlarının artırılmasını tələb edir.

Xatırladaq ki, yanvar ayının ortalarında Almaniyanın bir neçə hava limanında təhlükəsizlik xidməti əməkdaşlarının tətili yüzlərlə reysin təxirə salınmasına səbəb olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti