...

Türkiyədə İLK – Prezident Administrasiyasının futbol klubu yaradılıb

Dünya xəbərləri Materials 6 Fevral 2019 14:53 (UTC +04:00)
Türkiyədə ilk dəfə olaraq Prezident Administrasiyasının nəzdində "Cumhurbaşkanlığıspor" futbol klubu yaradılıb.
Türkiyədə İLK – Prezident Administrasiyasının futbol klubu yaradılıb

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyədə ilk dəfə olaraq Prezident Administrasiyasının nəzdində "Cumhurbaşkanlığıspor" futbol klubu yaradılıb.

Bu barədə Trend Türkiyə Futbol Federasiyasına istinadən məlumat verir.

Məlumata əsasən, futbol klubu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tapşırığı ilə qurulub.

"Cumhurbaşkanlığıspor" mart ayının ortalarından başlayacaq "Ankara-2" həvəskar futbol liqasında mübarizəyə qoşulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti