...

İran yeni ticarət mexanizmini dialoqa və sabitliyə aparan ilk addım hesab edir

Dünya xəbərləri Materials 9 Fevral 2019 01:22 (UTC +04:00)
Tehran Avropanın təklif etdiyi maliyyə mexanizmini dialoqa və sabitliyə aparan ilk addım hesab edir
İran yeni ticarət mexanizmini dialoqa və sabitliyə aparan ilk addım hesab edir

Bakı. Trend:

Tehran Avropanın təklif etdiyi maliyyə mexanizmini dialoqa və sabitliyə aparan ilk addım hesab edir.

Trend-in məlumatına görə, bu barədə "Rossiya 24" telekanalına müsahibəsi zamanı İranın Rusiyadakı səfiri Mehdi Sanai bildirib.

M.Sanai deyib: "Avropalı həmkarların təklif etdiyi maliyyə mexanizmi ciddi addımdır. Avropa İttifaqı (Aİ) və ya bir neçə Aİ ölkəsi dialoq və dünyada sabitliyin xeyrinə müstəqil qərar qəbul edə bilirlər. İran bunu ilk addım kimi dəyərləndirir. Mən gizlədə bilmərəm ki, İranda Aİ-dən onların etdiklərində daha çoxunu gözləyirlər".

Qeyd edək ki, daha əvvəl Fransa, Almaniya və Böyük Britaniya XİN rəhbərləri İranla yeni maliyyə mexanizminin ("INSTEX") yaradılmasını bildirmişdilər.

Xəbər lenti

Xəbər lenti