Bakı. Trend:
Meksikanın Kankun şəhərində bara silahlı hücum olunub.
Trend-in məlumatına görə, bu barədə Kintana-Roo ştatının Baş prokurorluğundan məlumat verilib.
Bildirilir ki, gecə saatlarında bara 4 nəfər silahlı girib və insanlara atəş açıblar. İnsident nəticəsində 5 nəfər həlak olub, 5 nəfər isə yaralanıb.
Hadisədən sonra silahlılar avtobil ilə qaçıblar.