Bakı. Trend:
Belarus Rusiya ilə ümumi valyuta yaradılmasının əleyhinə deyil, lakin bu valyuta nə Rusiya rublu, nə də Belarus rublu olmalıdır.
Trend-in məlumatına görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
A.Lukaşenko qeyd edib ki, emissiya mərkəzinin harada olacağı vacib deyil: "Qoy Sankt-Peterburqda olsun. Əlbəttə, bu, nə bizim rubl olacaq, nə də rus rublu. Bu, bizim ümumi rublumuz olacaq".
Belarus Prezidenti bildirib ki, iki ölkə daha da yaxınlaşma yolu ilə getməlidir.