Bakı. Trend:
Latviyada 8 Mart - Beynəlxalq Qadınlar Gününün ləğv edilməsi təklif olunub.
Trend-in məlumatına görə, bu təkliflə Latviya Universitetinin professoru Kristine Yarinovska çıxış edib.
O, 8 Mart bayramını "sovet rejiminin irsi" adlandırıb və bu bayramın Latviya qadınları üçün alçaldıcı olduğunu deyib.
K.Yarinovska Latviya parlamentini 8 martın bayram kimi ləğvini müzakirə etməyə çağırıb.