...

Kolumbiyada təyyarə qəzaya uğrayıb: 12 ölü

Dünya xəbərləri Materials 10 Mart 2019 01:21 (UTC +04:00)
Kolumbiyanın Meta departamentində təyyarə qəzaya uğrayıb
Kolumbiyada təyyarə qəzaya uğrayıb: 12 ölü

Bakı. Trend:

Kolumbiyanın Meta departamentində təyyarə qəzaya uğrayıb.

Trend-in məlumatına görə, təyyarəni qəzaya uğraması nəticəsində göyərtədə olan 12 nəfər həlak olub.

Bildirilir ki, qəza uğrayan "Douglas DC-3" təyyarəsi "Laser" şirkətinə məxsus olub. Təyyarə San-Xose-del-Quavyar şəhərindən Vilyavisensyo şəhərinə uçurmuş.

Məlumata əsasən, San-Martin yaşayış məntəqəsi yaxınlığında olan zaman təyyarənin pilotu dispetçerlərə göyərtədə fğvqəladə vəziyyətin olduğunu bildirib və uğursuz başa çatın qəza enişi etməyə çalışıb.

Təyyarənin qəzaya uğramasının səbəbi məlum deyil. Faktla bağlı araşdırmaya başlanılıb.

Xəbər lenti

Xəbər lenti