...

Yerevanda iğtişaş - İki nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 14 Mart 2019 18:28 (UTC +04:00)
Yerevanda Opera və Balet Teatrı yaxınlığında iğtişaş baş verib
Yerevanda iğtişaş - İki nəfər xəsarət alıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Yerevanda Opera və Balet Teatrı yaxınlığında iğtişaş baş verib.

Trend-in erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, iğtişaşa həmin ərazidə kafenin sökülməsi səbəb olub.

Kafe sahibləri söküntü işlərinin dayandırılmasını tələb edib. İğtişaş nəticəsində iki nəfər, o cümlədən bir polis əməkdaşı xəsarət alıb.

Bundan başqa, ayağından xəsarət alan Ermənistan parlamentinin deputatı Naira Zoqrabyan xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti