...

Norveçdə kruiz laynerinin mühərrikində nasazlıq yaranıb, 1,3 min sərnişin təxliyə edilir

Dünya xəbərləri Materials 23 Mart 2019 22:23 (UTC +04:00)
Norveçin qərb sahilləri yaxınlığında xilasetmə xidmətləri tərəfindən "Viking Sky" kruiz laynerinin 1,3 min sərnişini təxliyə edilir
Norveçdə kruiz laynerinin mühərrikində nasazlıq yaranıb, 1,3 min sərnişin təxliyə edilir

Bakı. Trend:

Norveçin qərb sahilləri yaxınlığında xilasetmə xidmətləri tərəfindən "Viking Sky" kruiz laynerinin 1,3 min sərnişini təxliyə edilir.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, sərnişinlərin təxliyə edilməsinə səbəb laynerin mühərrikində nasazlığın yaranması olub.

Qeyd edilir ki, hazırda layner Norveç sahilindən 5 kilometr aralıdadır. Hadisə yerinə bir neçə gəmi və helikopter göndərilib.

Bildilir ki, kruiz layneri Tromse şəhərindən Stavanger şəhərinə gedirmiş.

Xəbər lenti

Xəbər lenti