Bakı. Trend:
Türkiyənin qərbində 3,5 bal gücündə zəlzələ baş verib.
Trend-in Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, "UTC" vaxtı ilə saat 14:35-də qeydə alınan yeraltı təkanların episentri İzmir şəhərindən 223 kilometr cənub-şərqdə, ocağı isə 5 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.