Bakı. Trend:
Ukraynada prezident seçkilərinə dair səsvermənin bülletenlərinin 95 faizi yoxlanılıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bülletenlərinin 95 faizinin yoxlanılmasından sonra Vladimir Zelenski 30,24 faiz səslə liderdir.
İkinci yerdə 15,94 faiz səslə ölkənin hazırkı prezidenti Petr Poroşenko, üçüncü yerdə isə 13,39 faiz səslə "Batkivşina" partiyasının lideri Yuliya Timoşenko qərarlaşıblar.
Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın 31-i keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, namizədlərdən heç biri ilk turda qalib gəlmək üçün lazım olan səsi toplamayıb. İkinci tur aprelin 21-i keçiriləcək.