Bakı. Trend:
Qazaxıstanda növbədənkənar prezident seçkiləri bu il iyunun 9-da keçiriləcək.
Trend-in məlumatına görə, bunu ölkə prezidenti Kasım-Jomart Tokayev televiziya ilə müraciətində deyib.
Qeyd edək ki, Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev martın 19-da xalqa müraciətində vəzifəsindən getdiyini açıqlamışdı.
Növbəti prezident seçkilərinin 2020-ci ildə keçiriləcəyi planlaşdırılırdı.