Bakı. Trend:
Qalmaqallı "Wikileaks" saytının təsisçisi Culian Assanj Londonda Böyük Britaniya polisi tərəfindən saxlanılıb.
Trend-in məlumatına görə, bu gün Ekvador səfirliyi C.Assanja sığınacaq verməyi dayandırmaq qərarı alıb.
Polis C.Assanjı səfirliyin ərazisindən çıxarıb.
Xatırladaq ki, Culian Assanj ABŞ-a ekstradisiya olunmaq təhlükəsi ilə əlaqədar 5 ildən çox müddət ərzində Ekvador səfirliyində sığınacaq almışdı.