Bakı. Trend:
Portuqaliyanın Madeyra adasında turistləri daşıyan avtobus qəzaya uğrayıb.
Trend-in xarici KİV-lərə istinadən verdiyi məlumata görə, qəza nəticəsində azı 28 nəfər həlak olub.
Məlumata əsasən, qəza yerli vaxtla saat 18:30-da Santa-Kruş rayonunda baş verib.