Bakı. Trend:
Kanadanın Kvebek vilayətində 250-yə yaxın adam bəndin dağılması təhlükəsi ilə əlaqədar təxliyə olunub.
Trend-in məlumatına görə, bənd Monreal şəhərindən 140 km aralıda yerləşib.
"Hydro-Quebec" enerji şirkətinin nümayəndəsi Simob Rasiko deyib ki, bəndin bütövlüyündə əminlik olsa da, təhlükəsizlik protokoluna əsasən insanları təhlükə barədə xəbərdar etmək lazımdır. Rasikonun sözlərinə görə, Şut-Bell bəndi Ruj çayında suyun səviyyəsinin yüksək olması səbəbindən artıq dolub: "Biz nə baş verə biləcəyini bilmirik".