Bakı. Trend:
İndoneziyada daşqın və torpaq sürüşməsi nəticəsində təxminən 20 nəfər həlak olub.
Trend-in məlumatına görə, bu barədə yerli hakimiyyətin açıqlamasında deyilir.
Təbii fəlakətlərlə mübarizə üzrə milli agentliyin nümayəndəsi olan Sytopo Naqroxo qeyd edib ki, ən azı 17 nəfər həlak olub, doqquz nəfər hələ də itkin düşmüş sayılır. Onun sözlərinə görə, bu yekun say deyil və arta bilər.
Xatirladaq ki, daha oncə İndoneziyanın Benkulu əyalətində daşqın nəticəsində 10 nəfər ölüb, 8 nəfər itkin düşüb. Yüzlərlə ev və tikililərə ziyan dəyib.
Qeyd edilir ki, suyun səviyyəsi getdikcə azalır, lakin güclü yağıntıların yenidən başlaması yeni sürüşmələr və daşqınlara səbəb ola bilər.