Bakı. Trend:
Rusiya və İran arasında müəyyən kateqoriyadan olan vətəndaşlar üçün viza rejiminin sadələşdirilməsi barədə protokol imzalanıb.
Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
O bildirib ki, bu prosedur ilk növbədə sahibkarlara şamil olunacaq.
S.Lavrovun sözlərinə görə, sahibkarlar şirkətlərin dəvəti əsasında sadələşdirilmiş qaydada viza ala biləcək.