...

Alyaskada 2 hidrotəyyarə qəzaya uğrayıb

Dünya xəbərləri Materials 14 May 2019 05:37 (UTC +04:00)
ABŞ-ın Alyaska ştatının cənubunda iki hidrotəyyarənin qəzaya uğraması nəticəsində ən azı altı nəfər itkin düşüb
Alyaskada 2 hidrotəyyarə qəzaya uğrayıb

Bakı. Trend:

ABŞ-ın Alyaska ştatının cənubunda iki hidrotəyyarənin qəzaya uğraması nəticəsində ən az altı nəfər itkin düşüb.

Trend-in məlumatına görə, bu barədə "Fox News" telekanalı xəbər verir.

Məlumata əsasən, hər iki təyyarədə olan insanların dəqiq sayı məlum deyil. İlkin məlumata görə, onlardan birinin göyərtəsində 11, digərində isə beş nəfər olub.

Hələlik 10 nəfəri xilas etmək mümkün olub. Onlar dərhal tibbi yardım göstərilməsi üçün ətrafdakı yaşayış məntəqələrinə çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti