...

"Taliban"ı vurmaq istədilər, səhv oldu - 17 polis öldü

Dünya xəbərləri Materials 17 May 2019 13:13 (UTC +04:00)
Əfqanıstan hökuməti yanlış aviazərbələr nəticəsində 17 polisin həlak olması barədə xəbər yayıb.
"Taliban"ı vurmaq istədilər, səhv oldu - 17 polis öldü

Bakı. Trend:

Əfqanıstan hökuməti yanlış aviazərbələr nəticəsində 17 polisin həlak olması barədə xəbər yayıb.

Trend-in məlumatına görə, Gilmənd vlayətində "Taliban" terror təşkilatı ilə mübarizə çərçivəsində silahlı birləşmələri məhv etmək planında yanlışlığa yol verilib. Səhv hücumlar nəticəsində daha 14 hüquq-mühafizə orqanı əməkdaşının yaralandığı bildirilir.

Aviazərbələrin Əfqanıstan Hərbi Hava Qüvvələri və ya koalisiya qüvvələri tərəfindən endirildiyi hələ məlum deyil.

Vilayət qubernatoru araşdırma başladığını deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti