...

Kərkükdə 6 partlayış baş verib, ölənlər və yaralananlar var

Dünya xəbərləri Materials 31 May 2019 01:25 (UTC +04:00)
İraqın Kərkük şəhərində ardıcıl 6 partlayış baş verib
Kərkükdə 6 partlayış baş verib, ölənlər və yaralananlar var

Bakı. Trend:

İraqın Kərkük şəhərində ardıcıl 6 partlayış baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, partlayışlar nəticəsində azı 6 nəfər həlak olub, 12 nəfər isə yaralanıb.

Bildirilir ki, partlayıcı qurğular şəhərin müxtəlif küçələrində işə salınıb.

İraq Silahlı Qüvvələrinin mətbuat xidmətindən qeyd ediblər ki, ümumilikdə 8 partlayıcı qurğu olub, onlardan 2-si zərərsizləşdirilib.

Hadisə yerlərində təcili yardım briqadaları və xilasedicilər işləyir.

Xəbər lenti

Xəbər lenti