...

"Bloomberg": Rusiya İrana S-400 komplekslərini satmaqdan imtina edib

Dünya xəbərləri Materials 31 May 2019 05:18 (UTC +04:00)
Rusiya İrana S-400 zenit-raket komplekslərini satmaqdan imtina edib
"Bloomberg": Rusiya İrana S-400 komplekslərini satmaqdan imtina edib

Bakı. Trend:

Rusiya İrana S-400 zenit-raket komplekslərini satmaqdan imtina edib.

Trend-in "Bloomberg" agentliyinə istinadən verdiyi məlumata görə, Moskvada hesab edirlə ki, S-400 komplekslərinin İrana satışı Yaxın Şərq regionunda gərginliyin artmasına səbəb ola bilər.

Agentliyin məlumatında deyilir: "Rusiyanın İranın sorğusuna reaksiyası Fars körfəzində həssas güc balansını əks etdirir. Burada İslam Respubliaksı və Birləşmiş Ştatlar arasında və onların ərəb müttəfiqləri arasında münaqişə baş verə bilər".

Qeyd edək ki, bu məlumatın rəsmi təsdiqi yoxdur.

Xəbər lenti

Xəbər lenti