...

Silahlılar Suriyanın iki vilayətini atəşə tutub

Dünya xəbərləri Materials 16 İyun 2019 01:10 (UTC +04:00)

Bakı. Trend:

Silahlılar sutka ərzində Suriyada Latakiya və Həma vilayətlərinin yaşayış məntəqələrini atəşə tutublar.

Trend-in məlumatına görə, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Viktor Kupçişin bildirib.

V.Kupçişin deyib ki, qeyri-qanuni silahlı qruplar Suriyada döyüşməyə davam edir:

"Ötən sutka ərzində silahlılar Latakiya vilayətinin Qastal-Əl-Borc (iki dəfə), Qara-Caqez, Safsafa, Bşarfa, Saraf, Raşa və Akç-Bayev yaşayış məntəqələrini, Həma vilayətinin Həma və Huayz yaşayış məntəqələrini atəşə tutublar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti