Bakı. Trend:
Suriyanın Latakiya və Həma vilayətlərində qanunsuz silahlı birləşmələr tərəfindən atəşkəsin pozulması halı qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Aleksey Bakin bildirib.
A.Bakin qeyd edib: "Ötən sutka ərzində silahlılar Latakiya vilayətinin Şmaysa, Ayn-Ən-Nur, Mamuxiya, Kermel, Həmrat, Safsafa, Kara-Caqez və İkko yaşayış məntəqələrini, eləcə də Həma vilayətinin Kafer-Yaxut və Həmmaamiyət yaşayış məntəqələrini atəşə tutub".