Bakı. Trend:
Silahlılar sutka ərzində Suriyanın yeddi yaşayış məntəqəsində atəşkəs rejimini pozublar.
Trend-in məlumatına görə, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Aleklsey Bakin bildirib.
A.Bakin deyib: "Sutka ərzində silahlılar Latakiya vilayətinin İkko (iki dəfə), Safsafa, Mamuxiya, Kinsibba, Raşa və Qara-Caqez yaşayış məntəqələrini, Həma vilayətinin Əl-Asi yaşayış məntəqəsini atəşə tutublar".