...

Kanadada təyyarə qəzaya uğrayıb

Dünya xəbərləri Materials 30 İyun 2019 08:30 (UTC +04:00)
Kanadanın Manitoba vilayətində əldə qayrılmış helikopter qəzaya uğrayıb
Kanadada təyyarə qəzaya uğrayıb

Bakı. Trend:

Kanadanın Manitoba vilayətində əldə qayrılmış helikopter qəzaya uğrayıb.

Trend-in məlumatına görə, bu barədə CTV telekanalı xəbər verib.

Hadisə Steynbek şəhərinin hava limanı yaxınlığında baş verib.

Şəhər polisinin nümayəndəsi Kris Krepskinin sözlərinə görə, helikopter eniş zamanı uçuş-enmə zolağından 300 kilometrdə düşüb.

Hava gəmisində olan iki nəfər vaxtında helikopteri tərk edib və xəsarət almayıblar. Hadisə nəticəsində helikopter tamamilə məhv olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti