Bakı. Trend:
Qanunsuz silahlı birləşmələr tərəfindən sutka ərzində Suriyanın Həma və Latakiya vilayətlərinin 7 yaşayış məntəqələri atəşə tutulub.
Trend-in məlumatına görə, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Aleksey Bakin bildirib.
A.Bakin qeyd edib: "Sutka ərzində silahlılar Həma vilayətinin Əl-Cəmmasiya, Kafer-Nbuda, Calama, Əl-Huaş, Kaat-Əl-Mudik yaşayış məntəqələrini, Latakiya vilayətinin Kara-Qaliya və Mamuxiya yaşayış məntəqələrini atəşə tutublar".