Bakı. Trend:
Silahlılar sutka ərzində Suriyanın Həma və Hələb vilayətlərinin yaşayış məntəqələrini atəşə tutublar.
Trend-in məlumatına görə, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Aleksey Bakin bildirib.
A.Bakin qeyd edib: "Sutka ərzində silahlılar Həma vilayətinin Calam yaşayış məntəqəsini, Hələb vilayətinin Sabikiya və Benyamin yaşayış məntəqələrini atəşə tutublar".