...

İran və Rusiya Fars körfəzində hərbi təlimlər keçirəcək

Dünya xəbərləri Materials 30 İyul 2019 12:38 (UTC +04:00)

Bakı. Elnur Bağışov - Trend:

Yaxın gələcəkdə İran və Rusiya Hind okeanı, Hörmüz Boğazı, habelə Fars körfəzində hərbi təlimlər keçirəcək.

Trend-in məlumatına görə, bunu Rusiyada səfərdə olan İran ordusu Hərbi Dəniz Qoşunlarının komandanı admiralı Hüseyn Xanzadi deyib.

H.Xanzadinin sözlərinə görə, bununla əlaqədar iki ölkə arasında razılıq əldə olunub.

Xanzadi ümid edib ki, bu hərbi təlimlər ilin sonuna kimi reallaşdırılacaq: “Tezliklə bu hərbi təlimlərlə bağlı koordinasiya iclaslarına başlanacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti