Bakı. Trend:
Honkonqda yüzlərlə etirazçı hava limanının gözləmə zalında oturaq aksiya keçirib.
Trend-in məlumatına görə, etirazçılar sərnişinlərə şəhərdəki böhran vəziyyəti ilə əlaqədar vərəqələr paylayır.
Etiraz edənlər heç bir zorakılıq aktı həyata keçirməyəcəklərini, aeroportun işinə mane olmaycaqlarını vəd ediblər.
Qeyd edək ki, iyulun 26-da da bu cür aksiya keçirilmiş və bu aksiyada 15 minədək şəxs iştirak etmişdi.