...

Silahlılar Suriyada yaşayış məntəqələrini atəşə tutublar

Dünya xəbərləri Materials 10 Avqust 2019 02:16 (UTC +04:00)
Ötən sutka ərzində silahlı qruplaşmalar Suriyanın Hələb, İdlib və Latakiya əyalətlərinin yaşayış məntəqələrini 30 dəfər atəşə tutublar
Silahlılar Suriyada yaşayış məntəqələrini atəşə tutublar

Bakı. Trend:

Ötən sutka ərzində silahlı qruplaşmalar Suriyanın Hələb, İdlib və Latakiya əyalətlərinin yaşayış məntəqələrini 30 dəfər atəşə tutublar.

Trend-in məlumatına görə, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Aleksey Bakin bildirib.

Onun sözlərinə görə, qanunsuz silahlı qruplaşmalar İdlib əyalətinin 1, Hələb əyalətinin 9 və Latakiya əyalətinin 11 yaşayış məntəqəsini atəşə tutublar.

A.Bakin qeyd edib ki, qaçqınların hərbi əməliyyatların başlanmasına qədər yaşayış yerlərinə qayıtması davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti