...

Yaponiyada 23 nəfər istidən ölüb

Dünya xəbərləri Materials 14 Avqust 2019 08:17 (UTC +04:00)
Yaponiyada ötən həftə ərzində günvurma nəticəsində azı 23 nəfər ölüb, 13 minə yaxını isə xəstəxanalara yerləşdirilib
Yaponiyada 23 nəfər istidən ölüb

Bakı. Trend:

Yaponiyada ötən həftə ərzində günvurma nəticəsində azı 23 nəfər ölüb, 13 minə yaxını isə xəstəxanalara yerləşdirilib.

Trend-in məlumatına görə, Yaponiya bütün ölkə ərazisində davam edən istilərdən əziyyət çəkir. Bir sıra rayonlarda havanın temperaturu 39 dərəcə selsiyə çatır.

Zərərçəkən və ölən insanların əksəriyyəti əsasən evdə qənaət məqsədilə kondisioneri işlətməyən yaşlılardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti