...

"Facebook"ın işində nasazlıqlar müşahidə olunur

Dünya xəbərləri Materials 27 Avqust 2019 02:53 (UTC +04:00)
Bir sıra ölkələrdən olan "Facebook" istifadəçiləri sosial şəbəkədə olan nasazlıqlardan şikayətlənirlər
"Facebook"ın işində nasazlıqlar müşahidə olunur

Bakı. Trend:

Bir sıra ölkələrdən olan "Facebook" istifadəçiləri sosial şəbəkədə olan nasazlıqlardan şikayətlənirlər.

Trend-in məlumatına görə, bu barədə "Downdetector" saytında bildirilib.

Məlumata əsasən, problemlər barədə daha çox İngiltərə və Almaniyada qeydə alınıb. Həmçinin Fransa, ABŞ, və İspaniya sakinləri də sosial şəbəkənin xidmətindən yararlanmaqda çətinliklərlə üzləşiblər.

İstifadəçilərin əksəriyyəti (30%) xəbər lentası ilə bağlı problemlərdən şikayət edir, istifadəçilərin 39%-i sosial şəbəkənin işləməməyi, 30% -i isə "Facebook"-a girişdə problem yaşayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti