Bakı. Trend:
Somalinin cənub hissəsində hökumət qüvvələri və "Əş-Şəbab" terror qruplaşmasının üzvləri arasında silahlı toqquşma olub.
Trend-in "Sinxua" agentliyinə istinadən verdiyi məlumata görə, Aşağı Şabelle regionunun Qoryoley şəhərində baş verən toqquşmada 9 nəfər həlak olub, 6 nəfər isə yaralanıb.
Yaşayış məntəqəsinin rəhbəri Səid Əli Abrahim bildirib ki, terrorçular hökumət qüvvələrinin bazasını minaatanlardan atəşə tutublar. Lakin daha sonra onların hücumunun qarşısı alınıb.
Onun sözlərinə görə, hazırda şəhər hökumət qüvvələrinin nəzarəti altındadır.