...

Misir Sinaydakı əməliyyat zamanı 15 silahlını öldürdü

Dünya xəbərləri Materials 29 Sentyabr 2019 19:31 (UTC +04:00)

Bakı. Trend:

Misir Daxili İşlər Nazirliyi Sinay yarımadasının şimalında keçirilən xüsusi əməliyyat zamanı 15 ekstremistin məhv edildiyini elan edib.

Trend-in məlumatına görə, bu barədə qurumun yaydığı bəyanatında deyilib.

Məlumata əsasən, Ar-Ariş şəhəri yaxınlığında təhlükəsizlik qüvvələri ordu və polis əməkdaşlarına hücumlarda iştirak etməkdə şübhəli bilinən ekstremistləri təqib edirdi.

Baş verən atışma nəticəsində 15 terrorçu öldürülüb.

Şəxsi heyət arasında itkilər barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti