...

ABŞ KXDR ilə denuklearizasiya ilə bağlı danışıqları bərpa etməyə hazırdır

Dünya xəbərləri Materials 8 Oktyabr 2019 08:46 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Dövlət Departamenti KXDR-in yaxın həftələrdə denuklearizasiya dialoqunun davam etdirilməsi barədə qərar verməsinə ümid edir.

Trend-in məlumatına görə, Vaşinqtonun danışıqları bərpa etməyə hazır olduğu bildirilir.

ABŞ-ın tərksilah konfransındakı daimi nümayəndəsi Robert Vud qeyd edib ki, ABŞ danışıqları davam etdirmək üçün Stokholma qayıtmağa hazırdı.

Qeyd edək ki, KXDR-in xüsusi tapşırıqlar üzrə səfiri Kim Myon Qilin rəhbərlik etdiyi nümayəndə heyəti və ABŞ-ın KXDR üzrə xüsusi nümayəndəsi Stiven Biqanın rəhbərlik etdiyi nümayəndə heyəti Stokholmda rəsmi işgüzar görüşlər keçirib.

Ancaq danışıqların bitməsini gözləmədən, Şimali Koreyalı diplomatlar işçi görüş yerini tərk ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti