Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyə Hərbi Qüvvələri Suriyada yeni hərbi əməliyyatlara başlayıb. Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özü bəyan edib.
Qeyd edək ki, bu, Türkiyənin Suriyada başladığı sayca üçüncü hərbi əməliyyatdır.
Türkiyəli lider bu dəfə antiterror əməliyyatlarının "Barış pınarı" (Sülh bulağı )adı altında başlandığını qeyd edib. R.T.Ərdoğan Türkiyənin Suriyanın şimalında sonuncu terrorçu məhv edilənə qədər hərbi əməliyyatları davam etdirəcəyini qeyd edib.