...

Türkiyənin hərbi hissəsi raket zərbəsinə tutuldu - Yaralılar var

Dünya xəbərləri Materials 11 Oktyabr 2019 12:57 (UTC +04:00)
Suriyanın şimalındakı Aazzez rayonunda Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi hissə raket atəşinə tutulub
Türkiyənin hərbi hissəsi raket zərbəsinə tutuldu - Yaralılar var

Bakı. Rufiz Hafizoğlu - Trend:

Suriyanın şimalındakı Aazzez rayonunda Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi hissə raket atəşinə tutulub.

Trend-in məlumatına görə, hadisə nəticəsində 5 türkiyəli hərbçi yaralanıb.

Yaralılar Türkiyə ərazisinə çatdırılıb. Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri oktyabrın 9-da Suriyanın şimalında "Sülh bulağı" adı altında hərbi əməliyyatlara başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti