...

Türkiyə SQ Suriyadakı əməliyyat çərçivəsində 630-dan çox terrorçunu zərərsizləşdirib

Dünya xəbərləri Materials 17 Oktyabr 2019 06:28 (UTC +04:00)
Türkiyə Silahlı Qüvvələri Suriyada həyata keçirdikləri "Sülh bulağı" əməliyyatı başlandıqdan bəri 633 PKK / PYD-YPG terrorçusunu zərərsizləşdiriblər
Türkiyə SQ Suriyadakı əməliyyat çərçivəsində 630-dan çox terrorçunu zərərsizləşdirib

Bakı. Trend:

Türkiyə Silahlı Qüvvələri Suriyada həyata keçirdikləri "Sülh bulağı" əməliyyatı başlandıqdan bəri 633 PKK / PYD-YPG terrorçusunu zərərsizləşdiriblər.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində deyilir.

Məlumatda deyilir: "Sülh bulağı" əməliyyatı çərçivəsində zərərsizləşdirilmiş PKK / PYD-YPG terrorçularının sayı 633-ə çatıb".

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri oktyabrın 9-da Suriyanın şimalında "Sülh bulağı" adı altında hərbi əməliyyatlara başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti