Bakı. Trend:
Türkiyə Silahlı Qüvvələri Suriyada həyata keçirdikləri "Sülh bulağı" əməliyyatı başlandıqdan bəri 653 PKK/PYD-YPG terrorçusunu zərərsizləşdiriblər.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində deyilir.
Məlumatda deyilir: "Sülh bulağı" əməliyyatı çərçivəsində zərərsizləşdirilmiş PKK / PYD-YPG terrorçularının sayı 653-ə çatıb".
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri oktyabrın 9-da Suriyanın şimalında "Sülh bulağı" adı altında hərbi əməliyyatlara başlayıb.