...

Rusiya Nigerə 12 ədəd Mi-35 hərbi vertolyotu satacaq

Dünya xəbərləri Materials 23 Oktyabr 2019 12:35 (UTC +04:00)
Rusiya və Niger arasında böyük məbləğdə müqavilə imzalanıb.
Rusiya Nigerə 12 ədəd Mi-35 hərbi vertolyotu satacaq

Bakı. Trend:

Rusiya və Niger arasında böyük məbləğdə müqavilə imzalanıb.

Trend-in məlumatına görə, sənəd hərbi sahədə imzalanıb və böyük dəyər həcmində tədarükü ehtiva edir. Belə ki, imzalanan sənədə əsasən, Rusiya 12 ədəd Mi-35 hərbi vertolyotunun satışını həyata keçirəcək.

Tədarükün nə vaxt baş tutacağı və vertolyotların Niger ordusunda nə vaxt istifadəyə veriləcəyi ilə bağlı məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti