Bakı. Trend:
İraqda etiraz aksiyaları zamanı nümayişçilər və polislər arasında toqquşmalar baş verib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, toqquşmalar nəticəsində azı 13 nəfər həlak olub, 150 nəfər isə xəsarət alıb.
Ölkə rəhbərliyinin nümayəndələri ötən günü hökumət əleyhinə nümayişlər keçirilən bütün vaxt ərzində "ən pis gün" adlandırıblar.